Rays Çempionlar Liqasında həftənin oyunçusudur

7 May 2026 19:55
161
Rays Çempionlar Liqasında həftənin oyunçusudur

“Arsenal”ın yarımmüdafiəçisi Deklan Rays Çempionlar Liqasında həftənin oyunçusu seçilib. Yarışın mətbuat xidməti bu barədə X sosial media səhifəsində məlumat verib.

İdman.Biz bildirir ki, ingilis futbolçu yarımfinalın ikinci oyununda “Atletiko Madrid”ə qarşı bütün oyunu oynayıb və “topçular” 1:0 hesabı ilə qalib gəliblər. Rays qol vura bilməyib.

Səsvermədə “Arsenal”ın yarımmüdafiəçisi PSJ-nin müdafiəçisi Vilyan Paçodan üstün olub. Ekvadorlu yarımfinalda “Bavariya”ya qarşı (1:1) bütün oyunu oynayıb. PSJ oyunçusu qol vura bilməyib.

Turnirin finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə olacaq.

İdman.Biz