Futbolçu Kriştianu Ronaldu və Lionel Messi “Instagram”da aparılan kütləvi bot təmizliyindən ən çox təsirlənən idmançılar sırasında yer alıblar.
İdman.Biz xəbər verir ki, sosial şəbəkənin bot, saxta və qeyri-aktiv hesabları silməsi fonunda bir sıra məşhur idmançıların abunəçi sayında ciddi azalma qeydə alınıb. Məlumata görə, Ronaldu təxminən səkkiz milyon, Messi isə beş milyon izləyici itirib.

7 may tarixinə qədər açıq mənbələrdə görünən ən yaxın göstəriciyə əsasən, Kriştianu Ronaldunun “Instagram” hesabında 666 milyon (6 may tarixinə 673 milyon), Lionel Messidə isə 507 milyon (6 may tarixinə 512 milyon) abunəçi var.

İdmançılar arasında yalnız Ronaldu və Messi deyil, digər məşhur adlar da diqqət mərkəzinə düşüb. Kriketçi Virat Kohli 274 milyon (6 mayda 276 milyon), futbolçu Neymar isə 231 milyon (6 mayda 235 milyon) abunəçiyə malikdir. Basketbolçu Lebron Ceymsin abunəçi sayı 154 milyona (6 mayda 157 milyon), futbolçu Kilian Mbappenin göstəricisi isə 130 milyona (6 çayda 132 milyon) geriləyib.
