Rumıniyalı futbol mütəxəssisi Marius Şumuditsa Azərbaycanda işləməyə müsbət yanaşır.
Bu barədə 55 yaşlı çalışdırıcı özü məlumat verib.
O, yaxın vaxtlarda Azərbaycandan rəsmi təklif almadığını bildirib.
“Lakin sərfəli və məni həvəsləndirəcək təklif olarsa, Azərbaycanda işləyə bilərəm. Hazırda isə mənim üçün prioritet Türkiyəyə qayıdaraq orada fəaliyyət göstərməkdir”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.
Qeyd edək ki, vaxtilə adı “Neftçi” ilə hallanan Marius Şumuditsa Türkiyənin “Qaziantep” “Rizəspor” “Yeni Malatyaspor” komandalarını çalışdırıb.
