“Real”da yeni gərginlik: futbolçular məşqdə dalaşıblar

7 May 2026 18:13
165
“Real”da yeni gərginlik: futbolçular məşqdə dalaşıblar

İspaniyanın “Real Madrid” futbol klubunun yarımmüdafiəçiləri Federiko Valverde və Orelyen Tçuameni məşq zamanı dalaşıblar.

İdman.Biz “Marca” nəşrinə istinadən xəbər verir ki, insident oyun epizodlarından birində edilən qayda pozuntusundan sonra başlayıb.

Məlumata görə, Valverde və Tçuameni əvvəlcə meydanda mübahisə ediblər. Daha sonra futbolçular arasında itələşmə olub və komanda yoldaşları vəziyyətə müdaxilə ediblər. Mübahisənin paltardəyişmə otağında da davam etdiyi qeyd olunur.

Hadisənin “Real Madrid”də daxili gərginliyin artdığı dövrə təsadüf etməsi diqqət çəkib. Bununla belə, Valverdenin xəstəxanaya aparılması və klubun təcili iclas keçirməsi barədə yayılan iddialar hələlik etibarlı mənbələrdə təsdiqini tapmayıb.

Qeyd edək ki, klubun müdafiəçisi Antonio Rüdiger və komanda yoldaşı Alvaro Karrerasla arasında da gərginlik var.

İdman.Biz