“Zaqatala” ilə oyun ağır keçdi. Rəqib bir tur öncə səfərdə Mingəçevirə qarşı böyükhesablı məğlubiyyət almışdı”.
Bu sözləri “Səbail”in baş məşqçisi Adil Şükürov deyib.
Təcrübəli mütəxəssis komandasının liqanın 25-ci turunda “Zaqatala”ya qalib gəldikləri oyun barədə fikirlərini bölüşüb.
“Məhz buna görə də doğma meydanda özlərini təsdiq etməyə çalışırdılar. Qarşılaşmanın əvvəlində rəqibin bir neçə qol fürsəti olsa da, futbolçularımın düzgün oyunu nəticəsində bunun qarşısını ala bildik. Matç boyu çalışırdıq ki, rəqibə qol imkanı verməyək. Biz üçüncü qolu vurduqdan sonra isə “Zaqatala” məğlubiyyətlə barışdı. Oyunun sonları bizim üçün daha rahat keçdi. Həmişə qeyd edirəm ki, Birinci Liqada əvvəlcədən çempion olacağı düşünülən komandaların sürpriz nəticələrlə üzləşdiyi çox olub. Biz eyni yanaşmanı sərgiləmək istəmirik. Qarşıdakı iki turda çox şey dəyişə bilər. Hansı komandanın ikinci, hansının üçüncü olacağını isə indidən demək çox çətindir”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, “Zaqatala” - “Səbail” qarşılaşması meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Beləliklə, “Səbail” lider “Şəfa” ilə xal fərqini dördə endirib və ikinci pillədə qərarlaşıb.
