Emin Əmrullayev: “Futbol oynayarkən üzərimdə böyük məsuliyyət hiss edirdim" - VİDEO

7 May 2026 18:57
186
Emin Əmrullayev: “Futbol oynayarkən üzərimdə böyük məsuliyyət hiss edirdim"

“Bu, qeyri-adi bir təcrübədir. Böyük zallarda və geniş auditoriya qarşısında çıxış etmişəm, amma bu gün bu qədər tamaşaçı qarşısında futbol oynamaq bəlkə də daha böyük məsuliyyət idi”.

İdman.Biz-in məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev bu açıqlamanı Nazirlər Kabineti və Milli Məclis komandaları arasında keçirilən minifutbol üzrə yoldaşlıq matçında iştirak etdikdən sonra verib. Matç ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir çərçivəsində keçirilib.

Əmrullayevin sözlərinə görə, oyun maraqlı keçib və bu cür yarışlar idmanın inkişafına müsbət təsir göstərə bilər:
“Yaxşı vaxt keçirdik. Düşünürəm ki, tamaşaçılar da bundan zövq aldılar. Eyni zamanda, bu, Azərbaycan idmanı və onun gənclər arasında populyarlaşması üçün vacib bir tədbirdir”.

Matç 6:6 hesabı ilə başa çatıb.

FOTO: İslam Atakişiyev

İdman.Biz