Dövlət qurumları arasında minifutbol turnirinin qalibi bəlli olub - YENİLƏNİB + FOTO/VİDEO

7 May 2026 20:19
905
Dövlət qurumları arasında minifutbol turnirinin qalibi bəlli olub

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinə yekun vurulub.

İdman.Biz xəbər verir ki, Tennis Akademiyasında təşkil olunan final qarşılaşmasında SOCAR və “Azərişıq” komandaları üz-üzə gəliblər. 5:0 hesablı qələbə qazanan SOCAR turnirin qalibi olub.

Daha əvvəl üçüncü yer uğrunda görüşdə Ədliyyə Nazirliyinin komandası Baş Prokurorluğun komandasına 2:1 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.

18:44

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turniri keçirilir.

İdman.Biz xəbər verir ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Turnirin final oyunundan əvvəl yoldaşlıq görüşündə “Parlament” və “Hökumət” komandaları üz-üzə gəliblər. Oyun heç-heçə ilə bitib – 6:6.

Daha əvvəl isə üçüncü yer uğrunda görüşdə Ədliyyə Nazirliyinin komandası Baş Prokurorluğun komandasına 2:1 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.

Final matçında isə SOCAR və “Azərişıq” komandaları qarşılaşacaqlar.

FOTO: İslam Atakişiyev

İdman.Biz