“Sabah” onunla müqaviləni uzadıb

26 İyun 2025 13:26
262
“Sabah” onunla müqaviləni uzadıb

“Sabah” qapıçısı Stas Pokatilovla yeni müqavilə bağlayıb.

İdman.biz xəbər verir ki, Qazaxıstan millisinin futbolçusu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti daha bir il uzadılıb.

Stas 2025-ci ilin yanvarından “Sabah”ın uğurları üçün çalışır. O, son mövsümdə komandamızın heyətində ümumilikdə 19 oyun keçirib.

İdman.biz