Türkiyə millisi 72 illik sindromu qırıb, Argentina yığmasının het-trikini təkrarlayıb - VİDEO

Xəbərlər
19 Noyabr 2023 12:37
170
Türkiyə millisi 72 illik sindromu qırıb, Argentina yığmasının het-trikini təkrarlayıb - VİDEO

Türkiyə milli komandası 72 illik həsrətə son qoyub.

İdman.biz xəbər verir ki, “ay-ulduzlular” buna Almaniya ilə yoxlama oyununda nail olublar.

Vinçenzo Montellanın çalışdırdığı komanda 3:2 hesabı ilə qələbə qazanıb. Bununla da türklər 1951-ci ildən sonra almanlarla səfər sindromuna son qoyublar.

Onlar, həmçinin Almaniya son 2 səfər oyununda 3 qol vurublar ki, bunu da 9 il öncə Argentina bacarıb.

Qeyd edək ki, Montella ilk 3 matçında qələbə qazanan ikinci əcnəbi məşqçi olub. İtaliyalı hollandiyalı Quus Hiddinqin nailiyyətini təkrarlayıb.

İdman.biz