Azər Məmmədov: “Oyunçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar”

21 İyul 2026 13:55
189
Azər Məmmədov: “Oyunçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar”

“Kəpəz” futbol klubunun baş məşqçisi Azər Məmmədov komandanın hazırlıq prosesi və yoxlama oyunu barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Azər Məmmədov keçirilən yoxlama görüşünün hazırlıq dövrünün ikinci mərhələsinə təsadüf etdiyini bildirib:

“Bu yoxlama oyunumuz hazırlıq dövrünün ikinci hissəsinə təsadüf edib. Bu matçın hazırlığına dörd gün idi ki, başlamışdıq və gündə iki dəfə məşq keçirdik. Futbolçular məşqlərdə də, oyunda da özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar”.

Baş məşqçi komandanın inkişaf etdiyini, lakin üzərində işlənməli məqamların qaldığını vurğulayıb:

“Təbii ki, çatışmayan məqamlar var. Bir neçə mövqedə futbolçularla danışıqlar gedir. Seleksiya işlərini yekunlaşdırmaq üzrəyik. Sevindirici hal ondan ibarətdir ki, ilk görüşlə müqayisədə fiziki hazırlıq və texniki baxımdan irəliləyiş hiss olunur. Amma daha çox çalışmalıyıq ki, çatışmayan cəhətlərimizi aradan qaldıraq”.

Mütəxəssis azarkeşlərə təşəkkür edib:

“Qəbələdə keçirilən hər iki oyunda bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm”.

İdman.Biz