Dünya çempionu olan qapıçı “Zirə”yə keçib

21 İyul 2026 14:30
202
Dünya çempionu olan qapıçı “Zirə”yə keçib

Minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Vəli Qafarov “Zirə”yə keçib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, qapıçı “qartallar”la bir illik müqavilə imzaladığını bildirib.

Vəli Qafarov son olaraq “Birbaşa”da çıxış edib. O, Azərbaycan yığması ilə dünya və Avropa çempionu olub.

İdman.Biz