“Şəfa” heyətini legioner futbolçu ilə gücləndirib

21 İyul 2026 14:16
191
“Şəfa” heyətini legioner futbolçu ilə gücləndirib

“Şəfa” futbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, bu barədə “Şəfa” Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, komanda kanadalı vinger Treyvon Fulleri heyətinə qatıb.

24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Treyvon Fuller son olaraq Gürcüstanın “Dila” (Qori) komandasında çıxış edib. O, karyerası ərzində Portuqaliyanın “Tondela”, “Leyşoyş” və “Kovilya” klublarının da formasını geyinib.

İdman.Biz