Portuqaliya millisi UEFA Millətlər Liqasının qalibi olub - YENİLƏNİB/VİDEO

Xəbərlər
9 İyun 2025 01:43
531
Portuqaliya millisi UEFA Millətlər Liqasının qalibi olub - YENİLƏNİB/VİDEO

2024/25-ci illər mövsümündə UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.

İdman.biz xəbər verir ki, İspaniya ilə final matçında Portuqaliya millisi iki dəfə hesabda geri düşsə də, bərabərliyə nail olub və sonra penaltilər seriasında qalib gəlib.

Komandasının ikinci qolunu vuran portuqaliyalı Kriştiano Ronaldo zədə üzündən 88-ci dəqiqədə əvəzlənib. 111-ci dəqiqədə meydana çıxan ispaniyalı Alvaro Morata isə penaltilər seriyasında fərqlənməyərək komandasının məğlubiyyətinə səbəb olub.

Beləliklə, Portuqaliya komandası tarixində 2-ci dəfə UEFA Millətlər Liqasının qalibi olub.

3-cü yer uğrunda oyunda isə DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan komandasının rəqibi olacaq Fransa millisi iki cavabsız qolla Almaniya futbolçularını məğlub edib.

UEFA Millətlər Liqası
8 iyun
3-cü yer uğrunda oyun
17:00. Almaniya - Fransa - 0:2
Baş hakim:
İvan Krujlyak (Slovakiya)
Ştutqart. "Arena MHP"

Final
22:45. Portuqaliya - İspaniya 2:2 (ə.v.), pen. 5:3
Baş hakim:
Sandro Şorer (İsveçrə)
Münhen. "Allianz Arena"

İdman.biz