Azərbaycan Kuboku: “Qarabağ” “Sabah”a qarşı

3 Aprel 2026 09:37
180
Azərbaycan Kuboku: “Qarabağ” “Sabah”a qarşı

Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində daha bir oyun keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah” ilə qarşılaşacaq.

Görüşün start fiti saat 20:00-da səslənəcək.

Qeyd edək ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək.

İdman.Biz
Məqalədə: