“Son 1 ildə Azərbaycan futbolunun nəticələri uğurlu oldu”.
İdman.Biz xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın Hesabat Konfransında deyib.
O, Azərbaycanda futbolunun inkişaf etdiyini bildirib:
“Qarabağ” komandasının uğurlarını qeyd edərdim. Onlar Azərbaycanı Avropada layiqincə təmsil etdilər. Milli komandanın da qazandığı uğuru xüsusi olaraq qeyd edərdim”.
