Yüksək Liqa: “Turan” və “DH Volley” yarımfinala yüksəlib - YENİLƏNİB

2 Aprel 2026 20:41
1 319
Yüksək Liqa: “Turan” və “DH Volley” yarımfinala yüksəlib

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına start verilib.

İdman.Biz-in məlumatına görə, baş tutan qarşılaşmalardan sonra yarımfinala yüksələn iki komanda müəyyənləşib.

Doğma meydanda “Murov Az Terminal”ı qəbul edən “Turan” Tovuz Olimpiya İdman Kompleksində 3:0 hesablı qələbə qazanaraq növbəti raunda adlayıb.

Eyni hesab “DH Volley” – “Azərreyl” matçında da qeydə alınıb. Rəqibini üstələyə birincilər yarımfinala yüksələn növbəti kollektiv olub.

“Turan” və “DH Volley” ilk matçlarda da qələbə qazanmışdılar - 3:0.

Xatırladaq ki, 1/4 finalın digər oyunları aprelin 3-də reallaşacaq.

09:42

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk olaraq iki qarşılaşma keçiriləcək.

“Turan” Tovuz Olimpiya İdman Kompleksində “Murov Az Terminal”ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.

Digər oyunda isə “DH Volley” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərreyl”lə üz-üzə gələcək. Bu qarşılaşmanın start fiti saat 18:00-a təyin olunub.

Qeyd edək ki, ilk görüşlərdə “Turan” və “DH Volley” rəqiblərini eyni - 3:0 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, 1/4 finalın digər oyunları aprelin 3-də reallaşacaq.

İdman.Biz