“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub - YENİLƏNİB

3 Aprel 2026 22:27
1 025
“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub

Minifutbol üzrə Azərbaycan çempionu bəlli olub.

İdman.Biz-in məlumatına görə, qızıl medal uğrunda oyunda “Zirə” “Birbaşa Bakı” ilə üz-üzə gəlib.

Matç 4:1 hesabı ilə “Zirə”nin xeyrinə qurtarıb. Klub tarixində ilk dəfə Azərbaycan çempionu olub.

20:59

Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yeri tutan komanda bəlli olub.

İdman.Biz-in məlumatına görə, bürünc medal uğrunda oyunda “Aznur” “Sumqayıt”la üz-üzə gəlib.

Bakı Tennis Akademiyasındakı qarşılaşmada “Aznur” 6:4 hesablı qələbə qazanıb.

10:37

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək.

İdman.Biz xəbər verir ki, oyun gününə üçüncü yer uğrunda qarşılaşma ilə start veriləcək.

Saat 19:00-da “Aznur” komandası “Sumqayıt”la üz-üzə gələcək.

Günün əsas qarşılaşması - final oyunu isə saat 20:30-a təsadüf edəcək. Həlledici matçda “Zirə” ilə “Birbaşa Bakı” çempionluq uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, hər iki görüş Bakı Tennis Akademiyasında keçiriləcək.

İdman.Biz