Donnarumma: “Oyundan sonra göz yaşlarımı saxlaya bilmədim”

2 Aprel 2026 00:37
294
Donnarumma: “Oyundan sonra göz yaşlarımı saxlaya bilmədim”

İtaliyanın və “Mançester Siti”nin qapıçısı Canluici Donnarumma komandanın 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsi ilə bağlı şərh verib.

İdman.Biz bildirir ki, Cennaro Qattuzonun məşqçisi olduğu italyanlar seçmə mərhələnin pley-off finalında Bosniya və Herseqovina komandasına məğlub olublar (1:1, penaltilərdə 1:4). Bu o deməkdir ki, İtaliya ardıcıl üçüncü dəfə dünya çempionatını buraxacaq.

“Dünən gecə, matçdan sonra göz yaşlarımı saxlaya bilmədim. İtaliyanı layiq olduğu yerə apara bilmədiyim üçün məyusluqdan ağladım. Kapitanlıq etməkdən qürur duyduğum komanda ilə bölüşdüyüm böyük bir kədər hiss edirəm və bilirəm ki, siz, azarkeşlərimiz də bu ağrını hiss edirsiniz.

Hazırda sözlərin çox mənası yoxdur, bu doğrudur. Amma sizinlə bölüşmək istədiyim bir hiss var: bu qədər dərin məyusluqdan sonra yeni bir fəslə yenidən başlamaq üçün cəsarət tapmalıyıq. Bunun üçün güc, ehtiras və iman lazımdır. İman bizi irəli aparır. Axı həyat sahib olduğu hər şeyi verənləri mükafatlandırır.

Və məhz bu andan etibarən yenidən başlamalıyıq. Birlikdə. Yenə. İtaliyanı layiq olduğu yerə qaytarmaq üçün”, - Donnarumma sosial mediada yazıb.

İdman.Biz