İngiltərənin “Mançester Yunayted” futbol klubu Karrinqtondakı məşq bazasını yarasalar səbəbindən müasirləşdirməkdə çətinlik çəkir.
İdman.Biz xəbər verir ki, bu barədə “The Mirror” nəşri məlumat yayıb.
Məlumata görə, ekoloji fəallar klubun məşq bazasında işıqlandırma dirəklərinin quraşdırılması planına qarşı bələdiyyə şurasına etiraz müraciəti göndəriblər.
Təbiəti mühafizə fəalları narahatdırlar ki, klubun axşam saatlarında istifadə edəcəyi güclü işıqlandırma yarasaların həyatına mənfi təsir göstərə bilər. Çünki bu heyvanların aktivliyinin ən yüksək olduğu vaxt məhz axşam saatlarına təsadüf edir.
