Türkiyə Superliqası: “Kasımpaşa” qapıçının vurduğu qolla qalib gəlib - VİDEO

4 Aprel 2026 19:14
222
Türkiyə Superliqası: “Kasımpaşa” qapıçının vurduğu qolla qalib gəlib

Türkiyə Superliqasında 28-ci turun iki oyunu keçirilib.

İdman.Biz bildirir ki, “Kasımpaşa” öz meydançasında “Kayserispor”u qəbul edib.

Matç 2:0 hesabı ilə “Kasımpaşa”nın xeyrinə başa çatıb.

Hesabı 10-cu dəqiqədə Adrian Benedıçak açıb. 66-cı dəqiqədə isə meydan sahiblərinin qapıçısı Andreas Yanniotis fərqlənib – 2:0.

Digər oyunda “Gənclərbirliyi” “Göztəpə”ni qonaq edib. Bu oyunda isə qonaqlar 2:0 hesabı ilə qalib gəliblər. Qolları Novatus Miroşi (39) və Malkolm Bokel (68) vurublar.

“Göztəpə” bu qələbə ilə 46 xal toplayaraq turnir cədvəlində beşinci yerdə möhkəmlənib.

İdman.Biz