İspaniya futbol millisinin və İngiltərənin “Çelsi” komandasının müdafiəçisi Mark Kukurelya DÇ-2026 ilə bağlı maraqlı vəd verib.
İdman.Biz “Cope”yə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu İspaniya millisinin Dünya Çempionatının qalibi olacağı təqdirdə baş məşqçi Luis de la
Fuentenin üzünün döyməsini (tatu) etdirəcəyini bildirib.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın əsas favoritlərindən biri hesab olunur. Kukurelya daha əvvəl də AVRO-2024-də çempion olduqdan sonra verdiyi vədi yerinə yetirərək saçlarını qırmızı rəngə boyamışdı.
