Bu gün Gəncə şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku start götürür.
İdman.Biz xəbər verir ki, Azərbaycanın 127 idmançısı (92 oğlan, 35 qız) tatamiyə çıxacaq.
Avropa Kubokunda yerli cüdoçularla yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ-dan olan idmançılar da mübarizə aparacaqlar.
Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunacaq Avropa Kuboku aprelin 5-də başa çatacaq.
