U-17 cüdoçular Abşeronda tatamiyə çıxıb

20 May 2026 11:48
104
U-17 cüdoçular Abşeronda tatamiyə çıxıb

Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının ikinci turuna start verilib.

İdman.Biz xəbər verir ki, yarış Abşeron Olimpiya İdman Kompleksində keçirilir. Turnirin ilk günündə səkkiz çəki dərəcəsində 245 cüdoçu mübarizəyə qoşulub.

Qızlar arasında 40 kq, 52 kq və 70 kq, oğlanlar arasında isə 50 kq, 66 kq və 90 kq çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşəcək.

Yarışda gənc cüdoçular həm şəxsi göstəricilərini yaxşılaşdırmaq, həm də mövsümün növbəti mərhələləri üçün üstünlük qazanmaq uğrunda tatamiyə çıxırlar.

İdman.Biz