Polşanın Belsko-Biala şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa Kuboku başa çatıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisi turniri uğurla başa vuraraq ümumi komanda hesabında birinci yeri tutub.
Yarışın son günündə cüdoçularımız daha 5 medal qazanıblar. Sadiq Məmmədov (73 kq) və Ayxan Həsənli (81 kq) gümüş medal əldə ediblər.
Yusuf Nəzər (73 kq), Yaqub Məmmədov (81 kq) və Nurəddin Əliyev (90 kq) isə bürünc medala sahib çıxıblar.
İlk yarış günündə isə İbrahim Talıbov (55 kq) və Könül Eyvazlı (48 kq) qızıl medal qazanıblar. İlkin Qarayev (66 kq) və Zəhra Quliyeva (40 kq) gümüş, Nihad Ağayev (50 kq), Rza Xəlilli (55 kq), Mehman Əsgərov (60 kq) və Pərvin Sevxanlı (44 kq) isə bürünc medallara yiyələniblər.
Beləliklə, Azərbaycan yığması turniri 2 qızıl, 4 gümüş və 7 bürünc olmaqla ümumilikdə 13 medalla başa vurub və komanda hesabında bütün rəqiblərini qabaqlayıb.
