Polşanın Bielsko-Biala şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.
İdman.Biz bildirir ki, Azərbaycan millisi ilk yarış gününü 8 medalla başa vurub. Cüdoçularımız 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.
İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlkin Qarayev (-66 kq) və Zəhra Quliyeva (-40 kq) yarışı gümüş medalla tamamlayıblar.
Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55 kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) isə bürünc mükafata sahib çıxıblar.
İlk yarış gününün ardından Azərbaycan komandası medal əyarına görə ümumi hesabda birinci pillədə qərarlaşıb.
