Cüdoçularımızdan Xabarovskda iki medal - FOTO

18 May 2026 10:31
182
Cüdoçularımızdan Xabarovskda iki medal - FOTO

Azərbaycan cüdoçuları Rusiyanın Xabarovsk şəhərində yeniyetmələr arasında keçirilən Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

İdman.Biz xəbər verir ki, yarışda ölkəmizi beş idmançı təmsil edib. Azərbaycan komandası turniri bir qızıl və bir bürünc medalla başa vurub.

Polad Həsənli (81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Zaməddin Bağırov (66 kq) isə bürünc medal qazanaraq Azərbaycan yığmasının aktivinə daha bir mükafat yazdırıb.

Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.

İdman.Biz