Üç Afrika ölkəsi Bakıda keçiriləcək dünya çempionatı üçün iştirak ərizəsi göndərib

20 May 2026 20:19
104
Üç Afrika ölkəsi Bakıda keçiriləcək dünya çempionatı üçün iştirak ərizəsi göndərib

Bu il Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün ilkin iştirak ərizəsi göndərən ilk ölkələr müəyyənləşib.

İdman.Biz Beynəlxalq Cüdo Federasiyasına istinadən xəbər verir ki, bunlar Anqola, Qvineya və Toqodur.

Bu üç ölkə ilkin iştirak ərizəsinə ümumi olaraq 10 idmançının (5 qadın və 5 kişi) adını daxil ediblər.

Dünya çempionatı oktyabrın 4-dən 10-dək Milli Gimnastika Arenasında baş tutacaq.

İdman.Biz