Beynəlxalq Cüdo Federasiyası Bakıda keçirilən yubiley sessiyasına məqalə həsr edib

21 Avqust 2026 18:47
88
Beynəlxalq Cüdo Federasiyası Bakıda keçirilən yubiley sessiyasına məqalə həsr edib

Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytında Bakıda keçirilən IJF Akademiyasının 150-ci praktiki sessiyasına həsr olunan məqalə dərc edilib.

İdman.Biz xəbər verir ki, yazıda müxtəlif ölkələrdən 62 iştirakçının qatıldığı yubiley sessiyasının əhəmiyyətindən bəhs olunub.

Məqalədə 39 azərbaycanlı iştirakçının sessiyada yer almasının Bakıda keçirilən praktiki sessiyalar üzrə indiyədək qeydə alınan ən yüksək yerli iştirak göstəricisi olduğu xüsusi vurğulanıb.

IJF həmçinin Akademiyanın 10 ildən artıq müddətdə cüdo biliklərinin tədrisinə, məşqçilərin hazırlanmasına və bu biliklərin gələcək nəsillərə ötürülməsinə verdiyi töhfəni önə çəkib.

Yazıda Bakıda keçirilən 150-ci praktiki sessiyanın Akademiyanın fəaliyyətində əlamətdar mərhələ olduğu qeyd edilib.

İdman.Biz