İbrahim İbrahimov: “Paracüdoçular Avropa çempionatında tapşırıqları yerinə yetirdilər”

20 Avqust 2026 15:16
60
İbrahim İbrahimov: “Paracüdoçular Avropa çempionatında tapşırıqları yerinə yetirdilər”

“Azərbaycan paracüdoçuları Avropa çempionatında tapşırıqları yerinə yetiriblər”.

Bu barədə paracüdo üzrə komandanın baş məşqçisi İbrahim İbrahimov deyib.

Mütəxəssis Almaniyanın Heydelberq şəhərində keçirilmiş yarışla bağlı təəssüratlarını bölüşüb.

“Avropa çempionatında idmançılar verilən tapşırıqları yerinə yetirdilər. İlham Zəkiyevin qızıl medal qazacağını gözləyirdik. Saleh Sultanov daha yaxşı nəticə göstərə bilərdi, tərcübəsi çatmadı. O da tapşırıqları yerinə yetirdi. Hüseyn İsmayılzadə medal qazana bilməsə də, çox yaxşı çıxış etdi. Uduzduğu rəqib dünya, Avropa və paralimpiya çempionudur. Üçüncü yer uğrunda görüşdə isə təcrübəsi çatmadı. İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu. Lisenziya xallarımızı da artıra bildik. İnanıram ki, dünya çempionatında da yaxşı nəticə qazana biləcəyik”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Avropa çempionatında milli üzvlərindən İlham Zəkiyev (J1, +95 kq) qızıl, Saleh Sultanov (J1, 81 kq), Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal qazanıblar.

İdman.Biz