Respublika Olimpiya İdman Liseyinin cüdo bölməsinə qəbul imtahanı keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası (ACF) məlumat yayıb.
Bildirilib ki, cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan imtahanda V-XI siniflər üzrə 40 şagird iştirak edib. İmtahan ACF-nin Təhsil şöbəsinin mütəxəssisləri tərəfindən aparılıb.
Qəbul prosesi fiziki və texniki hazırlıq olmaqla iki mərhələdən ibarət olub. Hər iki mərhələdə “məqbul” nəticə göstərən 20 nəfər liseyin cüdo bölməsinə qəbul edilib.
Qeyd edək ki, növbəti qəbul imtahanı avqustun 27-də keçiriləcək.
