Murad Fətiyev İspaniya Superkubokunda niyə 100 kq-da çıxış etdi?

18 Avqust 2026 17:04
92
Murad Fətiyev İspaniya Superkubokunda niyə 100 kq-da çıxış etdi?

İspaniya Superkubokunda qızıl medal qazanan Azərbaycan cüdoçusu Murad Fətiyevin (100 kq) başlıca hədəfi qarşıdakı yarış mühitindən uzaq düşməmək olub.

O, turnirin reytinq xalları qazandırmadığını diqqətə çatdırıb.

“Bu turnir Olimpiadaya lisenziya xalları vermədiyi üçün bir dərəcə yuxarı çəkidə mübarizə apardım. Çəki salmağıma ehtiyac olmadı. Yarışa yorğun qoşulduq. İspaniyadan əvvəl Qazaxıstandakı təlim-məşq toplanışında Zelim Tçkayevlə birgə idik, oradan birbaşa buraya gəldik. Turnirə görə xüsusi yüngül məşqlər etmədik, ağır hazırlıq prosesindən gəldik. Əsas məqsədimiz qarşıdakı yarışlardan öncə tonusda qalmaq, turnir ab-havasından uzaqlaşmamaq idi. Çünki 2-3 ay fasilə verəndə bədən formadan düşür”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Milli komandanın üzvü hazırda İspaniyadakı toplanışın davam etdiyini bildirib:

“Təlim-məşq toplanışı başa çatdıqdan sonra Bakıya qayıdacağıq. Dünya çempionatına 1 ay vaxt qalacaq. Təsnifat xalları müəyyənləşdikdən sonra dünya birinciliyində iştirak edəcək heyət bəlli olacaq”.

Qeyd edək ki, İspaniya Superkubokunda M.Fətiyevlə yanaşı, Zelim Tçkayev (90 kq) də bütün rəqiblərinə qalib gələrək çempion olub.

İdman.Biz
Məqalədə: