Yeniyetmə cüdoçular Avropa çempionatına hazırlaşırlar - FOTO

20 May 2026 14:17
390
Yeniyetmə cüdoçular Avropa çempionatına hazırlaşırlar

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa çempionatına hazırlaşırlar

Yeniyetmələrdən ibarət Azərbaycan cüdo milliləri Avropa çempionatına hazırlıq çərçivəsində beynəlxalq təlim-məşq toplanışlarını davam etdirirlər.

İdman.Biz xəbər verir ki, yeniyetmə cüdoçularımız 18-20 may tarixlərində Polşanın Bielsko-Biala şəhərində keçirilən və Avropa Cüdo Birliyinin təşkil etdiyi beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.

Hazırlıq prosesinə yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki, həmçinin yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər.

Bununla yanaşı, yeniyetmə oğlanlardan ibarət milli komandanın üzvləri Rusiyanın Xabarovsk şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına da qatılıblar. Hazırlıq prosesində 5 cüdoçu iştirak edib.

Qeyd edək ki, cüdoçularımız daha əvvəl Xabarovskda Vasili Oşepkovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edərək yarışı 1 qızıl və 1 bürünc medalla başa vurublar.

Hazırlıq prosesi 29 iyun - 2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa çempionatına hesablanıb.

İdman.Biz