Almaniya Bundesliqasında 28-ci turun “Frayburq” və “Bavariya” arasında keçirilən oyunu başa çatıb. Görüş “Europa-Park” stadionunda (Frayburq im Breisqau) baş tutub.
İdman.Biz bildirir ki, matç 3:2 hesabı ilə münhenlilərin xeyrinə qurtarıb.
Oyunda hesabı 46-cı dəqiqədə Yohan Manzambi açıb. Lukas Höler 71-ci dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb. Tom Bişof 81-ci dəqiqədə fərqi azaldıb və 90+2-ci dəqiqədə ikinci qolunu vurub. Lenart Karl 90+9-cu dəqiqədə qələbə qoluna imza atıb.
Bu oyundan sonra “Frayburq” Almaniyanın yüksək divizion turnir cədvəlində 37 xalla səkkizinci yerdədir, “Bavariya” isə 73 xalla turnir cədvəlinə başçılıq edir.
28-ci turun digər oyunlarında belə nəticələr alınıb:
“Borussiya Mönhenqladbax” – “Haydenhaym” – 2:2
“Hamburq” – “Auqsburq” – 1:1
“Hoffenhaym” – “Mayns” – 1:2
“Verder” – “RB Leypsiq” – 1:2
“Bayer” – “Volfsburq” – 6:3
