Hazırda “Pari Sen-Jermen” (Fransa) və “Arsenal” (İngiltərə) arasında 2025/26 mövsümünün UEFA Çempionlar Liqasının finalı keçirilir.
İdman.Biz bildirir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib.
Komandalar əsas vaxtda qalib müəyyən edə bilmədikləri üçün 10 ildən sonra ilk dəfə olaraq Avropanın aparıcı klub turnirinin həlledici oyununda qalibi müəyyən etmək üçün əlavə vaxta ehtiyac duyulub.
Çempionlar Liqasının finalında sonuncu dəfə əlavə vaxt 2015/2016 mövsümündə təyin olunmuşdu - o zaman “Real Madrid” “Atletiko”nu məğlub etmişdi (1:1, 5:3).
