“Pari Sen-Jermen” ardıcıl iki dəfə Çempionlar Liqasını qazanan ikinci klubdur

30 May 2026 23:18
65
“Pari Sen-Jermen” ardıcıl iki dəfə Çempionlar Liqasını qazanan ikinci klubdur

“Pari Sen-Jermen” ardıcıl iki mövsüm UEFA Çempionlar Liqasını qazanan ikinci klub olub.

İdman.Biz bildirir ki, bu, parislilərin 2025/26 mövsümündə Çempionlar Liqasının finalında “Arsenal” komandasını məğlub etməsindən (1:1, penaltilərdə 4:3) sonra baş verib. Oyun Budapeştdəki “Puşkaş Arena”da baş tutub.

Ötən mövsümün finalında PSJ İtaliyanın “İnter” komandasını 5:0 hesabı ilə məğlub etmişdi.

Bundan əvvəl yalnız “Real Madrid” titulunu qoruya bilmişdi.

İdman.Biz