Müdafiəçi Cozef Qomes müqaviləsi bitənə qədər “Liverpul”dan ayrılmayacaq.
İdman.Biz bu barədə “Daily Mail”ə istinadən məlumat verir.
Qomes həmkarı İbrahima Konatenin gözlənilən gedişi fonunda komandada qalmağa razı salınıb. İngilis futbolçunun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Cozef Qomes 2015-ci ildən “qırmızılar”da oynayır. Bu müddət ərzində o, “Liverpul”un heyətində 274 oyunda meydana çıxıb və 12 məhsuldar ötürmə edib. Müdafiəçi “qırmızılar”ın heyətində iki İngiltərə çempionluğunu, İngiltərə Kubokunu, Superkuboku və Liqa Kubokunu qazanıb. O, həmçinin “qırmızılar”la Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klublararası Dünya Kubokunu qazanıb.
