2025/26 mövsümünün Çempionlar Liqasının finalında PSJ və “Arsenal” hərəyə bir qol vurublar.
İdman.Biz bildirir ki, beləliklə, 2018-ci ildən bəri hər iki komanda finalda qol vurub.
Oyun Budapeştdəki “Puşkaş Arena”da keçirilir. 6-cı dəqiqədə Kay Havertsin vurduğu qola parislilər 65-ci dəqiqədə Usman Dembelenin penaltidən dəqiq zərbəsi ilə cavab verib – 1:1.
Xatırladaq ki, 2018-ci ildə Çempionlar Liqasının finalında “Real Madrid” “Liverpul”u 3:1 hesabı ilə məğlub etmişdi.
