PSJ-nin 2025/26 mövsümündə Çempionlar Liqasının finalında Londonun “Arsenal” komandasına qarşı oyun üçün start heyəti, ötən ilki əsas Avropa turnirinin finalında “İnter” üzərində 5:0 hesablı qələbə ilə başa çatan oyunla demək olar ki, eynidir.
İdman.Biz-in “Opta Sports”a istinadən məlumatına görə, yeganə dəyişiklik Matvey Safonovun Canluici Donnarummanın yerinə meydana çıxmasıdır.
PSJ Çempionlar Liqasının finalı üçün start heyəti: Safonov, Markinyos, Paço, Mendeş, Hakimi, Neveş, Vitinya, Ruis, Due, Kvaratsxeliya, Dembele.
Xatırladaq ki, Donnarumma ötən yay transfer pəncərəsində Fransa klubundan ayrılaraq “Mançester Siti”yə keçib.
Oyun Budapeştdəki “Puşkaş Arena”da keçirilir.
