“El Chiringuito”nun məlumatına görə, “Real Madrid” cinah oyunçusu Vinisius Juniorun müqaviləsini yalnız oyunçu klubun təklifini qəbul etdiyi təqdirdə uzatmağa hazırdır.
İdman.Biz bildirir ki, bu təklif Juniorun maliyyə tələblərindən xeyli aşağıdır.
Əgər Vinisius hazırkı şərtləri rədd edərsə, “Los Blancos” təklifi yaxşılaşdırmaq niyyətində deyil və onunla yollarını ayırmağa hazırdır. Vinisiusun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Vinisius 2018-ci ildən “Real Madrid”də çıxış edir. Ötən mövsüm o, klubun heyətində bütün yarışlarda 53 oyun keçirib, 22 qol vurub və 12 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, Vinisiusun transfer dəyəri 150 milyon avrodur.
