Deniz Undav “Ştutqart”la yeni müqaviləni razılaşdırıb

30 May 2026 19:57
446
Deniz Undav “Ştutqart”la yeni müqaviləni razılaşdırıb

Hücumçu Deniz Undav “Ştutqartl”a müqavilənin müddətini uzadıb.

İdman.Biz bildirir ki, bu barədə jurnalist və insayder Florian Plettenberq məlumat verib.

Mənbənin məlumatına görə, tərəflər 2029-cu ilin yayına qədər olan əmək müqaviləsi barədə razılığa gəliblər.

Ötən mövsüm 46 matçda Undav 25 qol vurub və 14 məhsuldar ötürmə edib. Transfermarkt-a görə, onun hazırkı bazar dəyəri 22 milyon avrodur. O, əvvəllər “Yunion”, “Brayton” və digər klublarda oynayıb. Undav 2024/25 mövsümündə “Ştutqart”la Almaniya Kubokunu qazanıb və ötən mövsüm yarışın finalına çıxıb.

İdman.Biz