Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Sərhədçi”ni məğlub edib - YENİLƏNİB

3 Aprel 2026 22:40
1 480
Azərbaycan Basketbol Liqası: “Naxçıvan” “Sərhədçi”ni məğlub edib - YENİLƏNİB

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə start verilib.

İdman.Biz xəbər verir ki, günün ikinci oyununda “Naxçıvan” “Sərhədçi” ilə qarşılaşıb.

Oyun 98:87 hesabı ilə birincilərin xeyrinə qurtarıb.

17:17

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə start verilib.

İdman.Biz xəbər verir ki, günün ilk oyununda “Quba” “Şəki”ni qəbul edib.

Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 101:89.

Günün ikinci qarşılaşması isə saat 19:00-da baş tutacaq. “Naxçıvan” və “Sərhədçi” komandaları Bakı İdman Sarayında üz-üzə gələcəklər.

10:01

Bu gün Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə start veriləcək.

İdman.Biz xəbər verir ki, açılış günündə iki görüş nəzərdə tutulub.

Günün ilk matçında saat 15:00-da “Quba” komandası Quba Olimpiya İdman Kompleksində “Şəki”ni qəbul edəcək.

Günün ikinci qarşılaşması isə saat 19:00-da baş tutacaq. “Naxçıvan” və “Sərhədçi” komandaları Bakı İdman Sarayında üz-üzə gələcəklər.

İdman.Biz