UEFA Millətlər Liqası: Portuqaliya sonuncu dəfə Fernandu Santuşun vaxtında İspaniya ilə oynayıb

Xəbərlər
8 İyun 2025 11:53
220
UEFA Millətlər Liqası: Portuqaliya sonuncu dəfə Fernandu Santuşun vaxtında İspaniya ilə oynayıb

Bu gün 2024/25-ci illər mövsümü UEFA Millətlər Liqasının qalibi bəlli olacaq.

İdman.biz xəbər verir ki, Almaniyada keçiriləcək finalda Portuqaliya və İspaniya komandaları üz-üzə gələcəklər.

Portuqaliya 2019-cu ildə, İspaniya isə 2023-cü ildə UEFA Millətlər Liqasının qalibi olub. 2021-ci ildə isə finalda ispanları məğlub edən Fransa millisi çempionluğu qazanıb.

Portuqaliya və İspaniya komandalarının son altı qarşılaşmasından 5-nin heç-heçə bitməsi diqqəti çəkir. Rəqiblərin 2022-ci ilin sentyabrında Braqada keçirilən son görüşündə isə ispanlar 1:0 hesablı qələbə qazanıblar. O vaxt meydan sahiblərinin baş məşqçisi hazırda Azərbaycan millisini çalışdıran Fernandu Santuş olub.

Qeyd edək ki, 3-cü yer uğrunda oyunda isə yarımfinalda məğlub olmuş Almaniya və Fransa komandaları üz-üzə gələcəklər.

İdman.biz