“İnter” rəsmi saytında baş məşqçi Kristian Kivunun müqaviləsini 2028-ci ilə qədər uzatdığını açıqlayıb.
45 yaşlı mütəxəssisin əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər idi.
Mediada daha əvvəl yayılan məlumatlarda Kivunun yeni müqaviləsinin 2029-cu ilə qədər uzadılması seçiminin olduğu bildirilirdi. Rumıniyalı məşqçinin maaşının hazırda ildə 4 milyon avro olduğu vurğulanırdı.
View this post on Instagram
