PSJ "Barselona"ya Ferran Torreslə razılığa gəldikləri barədə məlumat verib.
İdman.Biz insayder Fabrizio Romanoya istinadən bildirir ki, parislilər kataloniyalılara hücumçu ilə müqavilə şərtləri barədə şifahi razılığa gəldiklərini rəsmi olaraq bildiriblər.
Çempionlar Liqasının qalibləri həmçinin İspaniya çempionlarına 2026-cı il Dünya Kuboku finalında qələbə qolunun müəllifi üçün tezliklə təklif təqdim edəcəklərini bildiriblər. Danışıqların yaxın günlərdə intensivləşəcəyi gözlənilir.
