“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

9 Avqust 2026 01:32
163
“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

2026/2027 mövsümünə hazırlıq çərçivəsində "Barselona" və "Udineze" arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, qısaldılmış formatda oynanılan və 45 dəqiqə davam edən oyun İtaliyanın Udine şəhərindəki "Stadio Bluenergi" stadionunda baş tutub. "Udineze" 1:0 hesablı qələbəsini qeyd edib.

Ev sahibi komandanın hücumçusu Vakun Bayo yeganə qolu 45-ci dəqiqədə vurub.

Qeyd edək ki, bu, “Barselona”nın gün əraində keçirdiyi ikinci yoldaşlıq oyunu idi. Daha əvvəl komanda “Nottingem Forest”ə 1:0 hesabı ilə qalib gəlmişdi.

İspaniya çempionatının son mövsümünün sonunda "Barselona" 94 xalla turnir cədvəlində birinci yeri tutub. "Udineze" İtaliya çempionatında 50 xal qazanaraq 10-cu yeri tutub.

İdman.Biz