“Liverpul” rəsmi saytında “Osasuna”dan cinah yarımmüdafiəçisi Viktor Munyosu transfer etdiyini açıqlayıb.
İdman.Biz bildirir ki, 22 yaşlı cinah yarımmüdafiəçisi ilə uzunmüddətli müqavilə imzalanıb.
Mediada daha əvvəl bildirilirdi ki, mersisaydlılar Munyosu “Osasuna”dan 40 milyon avroya almaq seçimini aktivləşdiriblər.
Hücumçu “Barselona” və “Real Madrid”in gənclər komandalarından gəlib. Munoz 2025-ci ilin yayından bəri “Osasuna”da çıxış edir. Bu müddət ərzində ispan futbolçu bütün turnirlərdə 36 oyun keçirib, yeddi qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, cinah oyunçusunun bazar dəyəri 30 milyon avrodur.
