Maluda “Barselona”ya qol vursa da, “Bazel” darmadağın oldu - VİDEO

16 Avqust 2026 20:50
72
Maluda “Barselona”ya qol vursa da, “Bazel” darmadağın oldu

2026/2027 mövsümünə hazırlıq çərçivəsində İsveçrənin "Bazel" klubu ilə İspaniyanın "Barselona" klubu arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, Kataloniya komandası 5:2 hesablı qələbəni qeyd edib.

“Barselona”nın hücumçusu Kərim Adeyemi 34-cü dəqiqədə hesabı açıb. 43-cü dəqiqədə “Sabah”dan “Bazel”ə keçmiş hücumçu Aaron Maluda bərabərlik qolunu vurub. 49-cu dəqiqədə hücumçu Həmzə Əbdülkərim "Barselona"ya hesabda irəli çıxmağı təmin etdi. 81-ci dəqiqədə cinah oyunçusu Lamin Yamal penaltidən dəqiq zərbə endirərək hesabdakı fərqi artırıb. 84-cü dəqiqədə hücumçu Kazım Olayqbe "Bazel"in ikinci qolunu vurub. Oyunun sonlarında 18 yaşlı "Barselona" oyunçusu Cessi Bisivu 89 və 90+1-ci dəqiqələrdə iki qol vurub.

İspaniya liqa mövsümünün sonunda "Barselona" 94 xalla turnir cədvəlində birinci yeri tutub. "Bazel" isə İsveçrə liqasında beşinci yeri tutdu.

İdman.Biz