“Liverpul” və “Komo” arasında keçirilən yoldaşlıq oyunu başa çatıb. Mersisaydlılar 2:0 hesabı ilə qalib gəldilər.
İdman.Biz xəbər verir ki, oyun Liverpuldakı “Enfild” stadionunda keçirildi. Bu, komandaların gün ərzində ikinci oyunu idi və ilk görüş 0:0 hesablı heç-heçə ilə başa çatmışdı.
Kodi Qakpo 23-cü dəqiqədə hesabı açaraq mersisaydlılara üstünlük qazandırıb. Jeremi Jake 44-cü dəqiqədə İngiltərə komandasının ikinci qolunu vurub.
İngiltərə Premyer Liqasının yeni mövsümünün ilk turunda “Liverpul” avqustun 23-də səfərdə “Nyukasl Yunayted”lə, “Komo” isə avqustun 22-də Seriya A-nın ilk turunda səfərdə “Udineze” ilə qarşılaşacaq.
