DÇ-2026: Çexiya - CAR oyununda ikinci hissədir - YENİLƏNİR + VİDEO

18 İyun 2026 21:06
132
DÇ-2026: Çexiya - CAR oyununda ikinci hissədir

Çexiya - CAR oyununda ikinci hissə başlayıb.

İdman.Biz xəbər verir ki, ilk yarıdan sonra Çexiya 1:0 hesabı ilə irəlidədir.

20:50

Çexiya - CAR oyununda ilk hissə qurtarıb.

İdman.Biz bildirir ki, birinci hissədən sonra Avropa təmsilçisi irəlidədir - 1:0.

20:06

Çexiya - CAR matçında hesab açılıb.

İdman.Biz bildirir ki, 6-cı dəqiqədə Mixal Sadilek çexləri irəli çıxarıb.

20:00

Futbol üzrə dünya çempionatında qrup mərhələsinin ikinci turuna start verilir.

İdman.Biz bildirir ki, ikinci tur Çexiya – CAR matçı ilə açılır.

A qrupunda çıxış edən hər iki milli ilk turda məğlubiyyətlə üzləşib. CAR turnirin açılış matçında Meksikaya (0:2), Çexiya isə Cənubi Koreyaya (1:2) uduzub.

İkinci turda da uduzan komandanın sonrakı mərhələyə vəsiqə qazanması müşkül olacaq.

Oyun ABŞ-ın Atlanta şəhərindəki “Mercedes-Benz Stadium”da keçirilir. Stadionun tutumu 71 min nəfər, baş hakim isə ABŞ-dan qadın referi Tori Pensodur.

İdman.Biz