Messi ailəsi Lionelin atasının xəstəliyi ilə bağlı açıqlama yayıb

18 İyun 2026 21:48
109
Messi ailəsi Lionelin atasının xəstəliyi ilə bağlı açıqlama yayıb

Messi ailəsi Argentinanın və “İnter Mayami”nin hücumçusu Lionel Messinin atası Xorxenin xəstəlyi ilə bağlı şayiələrin yayılmasından sonra açıqlama yayıb.

İdman.Biz bildirir ki, mediada daha əvvəl hücumçunun 2026-cı il dünya çempionatının qrup mərhələsi matçında Əlcəzairə (3:0) qarşı ilk qolunu vurduqdan sonra atasının xəstəliyi səbəbindən ağladığı bildirilirdi.

“Messi ailəsi bildirir ki, Xorxe Messi hazırda səhhətində problemlər yaşayır. Hazırda o, tibbi nəzarət altındadır, sağalır və müsbət nəticələr göstərir.

Son saatlarda yayılan xəbərlər, şayiələr və fərziyyələr fonunda ailə bəzi şəxslərin sırf şəxsi ailə məsələsini müzakirə edərkən göstərdiyi həssaslıq, hörmət və ədəbsizlikdən dərin narazılığını bildirir.

Ailə həmçinin aydınlaşdırmaq istəyir ki, yalnız Xorxenin yaxın ailəsi onun vəziyyəti haqqında dəqiq və etibarlı məlumata malikdir. Buna görə də, ailədən və ya onun rəsmi kanallarından birbaşa alınmayan hər hansı bir versiya, açıqlama və ya məlumat etibarlı və ya doğru hesab edilməməlidir. Belə bir vaxtda məsuliyyət, ehtiyatlılıq və şəfqət tələb edirik.

Bir insanın sağlamlığı və yaxınlarının rahatlığı fərziyyələrin və ya məsuliyyətsiz media diqqətinin mövzusu olmamalıdır. Alınan dəstək, hörmət və narahatlıq mesajlarını səmimi qəlbdən qiymətləndiririk və bu proses boyunca Xorxenin və bütün ailəsinin məxfiliyinə hörmət etməyinizi xahiş edirik.

Hər hansı vacib məlumat ailə tərəfindən müvafiq rəsmi kanallar vasitəsilə təqdim ediləcək. Anlayışınız üçün təşəkkür edirəik”, - deyə X-in sosial media səhifəsindəki açıqlamada deyilir.

İdman.Biz